Qoz ağacı oğrulayn Əmircan sakini saxlanıldı

19 Mart 2017 14:20

Qaxda maraqlı oğurluq hadisəsi baş verib.

Oğurlaq hadisəsi haqqında Daxili İşlər Nazirliyindən Milli.Az-a məlumat verilib.

Məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 18-nə keçən gecə rayon ərazisindəki evlərdən birinin həyətindən 20 ədəd qoz ağacını torpaqdan çıxararaq oğurlamaqda şübhəli bilinən Əmircan kənd sakini Yaşar Mahmudov saxlanılıb.

Milli.Az