"KamAZ" dayanacağa girdi - FOTO

19 Mart 2017 13:36

Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü km-də, Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Lerik rayon sakini 1983-cü il təvəllüdlü Zahid Dövlətovun idarə etdiyi "KamAZ" markalı yük maşını idarə edilmənin itirilməsi nəticəsində yol kənarında inşa edilmiş avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın bir hissəsi dağıldığından istifadəyə yararsız hala düşüb.

Dayanacaqda qəza baş verən vaxtı heç kimin olmaması faciənin qarşısını alıb.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Milli.Az