Hadisənin reklam qazancı göz qamaşdırır

19 Mart 2017 10:37

Türkiyəli müğənni Hadisə reklam çəkilişi üçün kamera qarşısına keçəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçı bu dəfə ayaqqabı brendini reklam edəcək. Diqqət çəkən məsələ isə Hadisənin reklamdan qazanacağı məbləğ olub. Bu çəkiliş üçün sənətçiyə 2 milyon TL (təxminən 950 min manat) ödəniləcək.

Xatırladaq ki, daha əvvəl toyuq reklamında rol alan Hadisə 600 min TL (təxminən 285 min manat) qazanmışdı. 

Milli.Az