Qaz partladı, yaşayış binası uçdu

19 Mart 2017 10:17

Brüsselin Sen-Jil kommunasında yerləşən yaşayış binalarından birində məişət qazının partlaması baş verib.

Milli.Az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, güclü partlayış nəticəsində 7 nəfər xəsarət alıb, binanın üç mərtəbəsi dağılıb.

Dağıntılar altında daha bir nəfərin qaldığı ehtimal edilir.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Milli.Az