ABŞ paytaxtı Vaşinqtonun ətrafında güclü partlayış nəticəsində fərdi ev tamamilə dağılıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, polis hazırda uçmuş evin yeganə sakinini axtarır, onun partlayış zamanı evdə olub-olmaması məlum deyil.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.
Məlumata görə, insidentin baş verdiyi gün evin hərracda satışa çıxarılması planlaşdırıbmış.
Milli.Az