İşçi hüquqları effektiv müdafiə ediləcək

18 Mart 2017 20:28

Prezidentin sərəncamı ilə "Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası" Komissiyası yaradılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, komissiyanın yaradılmasında məqsəd işəgötürən və işçinin hüquqlarının effektiv müdafiəsinin təmin edilməsidir.
Ekspertlər belə bir komissiyanın işinin əmək bazarında bir çox məsələlərə aydınlıq gətirəcəyini qeyd edirlər.
Artıq işçi hüquqları effektiv müdafiə ediləcək, işəgötürən-işçi münasibətləri daha ədalətlə tənzimlənəcək. "Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası" Komissiyasının qarşısına bir sıra vəzifələr qoyulub.
Ekspertlər hesab edir ki, bu komissiya Azərbaycanda əmək bazarının ciddi şəkildə öyrənilməsinə xidmət edəcək.
Komissiyaya ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək, bu sahənin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Ekspert Sahib Məmmədov hesab edir ki, əmək bazarındakı bəzi mövcud problemləri aydınlaşdırmamış bu sahədə ciddi islahatlar aparmaq mümkün olmayacaq. Bu baxımdan komissiya bu məsələləri dəqiqləşdirməlidir.
Komissiyanın qarşısında işçi mənafeyinin qorunması əsas olaraq qoyulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində