100 min dollar investisiya müqabilində VƏTƏNDAŞLIQ

18 Mart 2017 18:35

Ukrayna iqtisadiyyatına 100 min dollar investisiya yatırmaqla onun vətəndaşlığını almaq mümkün olacaq. 

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə məlaumat Ukrayna Nazirlər Kabinetinin 2017-ci ildə immiqrant kvotasının tətbiqi haqqında qərarında yer alıb. Sənədə əsasən, il ərzində Ukraynaya həyat yoldaşları və ya övladları Ukrayna vətəndaşları olan 2200 nəfər şəxs immiqrasiya edə bilər. 1100 nəfər isə yaxın qohumlarının yanına gəldiyi üçün immiqrasiyaya izn verilib.

Rəsmi Kiyev həmçinin elm adamları, ölkənin maraqlarına cavab verən şəxslərin ölkəyə immiqrasiyasına problem yaratmayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində