Aleyna Tilki yazıçı olur

18 Mart 2017 16:22

Gündəmdən düşməyən 17 yaşlı müğənni Aleyna Tilki yazıçı olacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən həftə Star TV-də Hülya Avşarın qonağı olan Aleyna maraqlı açıqlamalar verib. 

Kitab yazdığını və bütün dünyada tanınan bir yazar olmaq istədiyini söyləyən Tilkiyə proqramdan sonra 4 nəşriyyat evindən təklif gəlib. 

Eyni zamanda gənclik mövzusunda bir filmdən də təklif alan Aleyna hələ ki son qərarını verməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində