"Ermənistanda vəziyyət gərginləşəcək" - Rusiya

18 Mart 2017 12:47

Bir neçə gündür ki, Rusiyanın Ermənistandakı səfirliyində nəzarət gücləndirilib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Ermənitsanın Qraparak nəşri öz mənbələrinə istinadən xəbər verir. 

"Burada həmişə nəzarət olub, lakin son zamanlar daha gücləndirilmiş rejimə keçirilib", - deyə mənbə nəşrə bildirib. 

Nəşr vurğulayır ki, Rusiya rəhbərliyi Ermənistanda daxili vəziyyətin gərginləşəcəyini və qərbyönlümü qüvvələrin cəmiyyət üzvlərinin səslərini əldə etmək üçün Avrasiya İqtisadi İttifaqına qarşı etiraz aksiyaları təşkil edəcəyini gözləyir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində