Şeytanı lənətləmək olarmı?

18 Mart 2017 22:35

Milli.Az zikr.az-a istinadən bildirir ki, bir gün səhabələrdən (Allah onlardan razı olsun) biri Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) yol gedirdi və qəflətən heyvanın ayağı büdrədi. Həmin səhabə (radıyəllahu anhu) dedi: "Lənət olsun şeytana!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: - "Şeytanı lənətləmə, çünki sən onu lənətləyəndə, o, ev kimi böyüyür və deyir: "Bu mənim gücümdür!". Sən əksinə "Bismilləəh" de, çünki "Bismilləəh" deyəndə şeytan balacalaşır və milçək boyda olur". (İmam Əhməd, 20068; Əbu Dəvud, 4982).
Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36).
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində