"Xəstə yatanda qohumum verdi" - "Baron" saxlanıldı - YENİLƏNİB - VİDEO - FOTO

18 Mart 2017 11:46

11:46

Hacıqabulda "Baron" ləqəbi ilə tanınan narkotik alverçisi saxlanılıb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, rayon polis şöbəsi əməkdaşları 57 yaşlı İbrahim Abbasovun üzərinə baxış keçirən zaman 2 ədəd kibrit qutusuna qablaşdırılan 7 qramdan artıq qurudulmuş marixuana aşkar edərək götürüblər.

İbrahim Abbasov - Saxlanılan şəxs: "Xəstə yatanda qohumum vermişdi, cibimə qoymuşdum. 2 karobka mənim üstümdə olub, bir karobkada orada tozu olub. Çox idi çəkmişəm".

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. 

Qeyd edək ki, İbrahim Abbasov bundan əvvəldə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Rusiya Federasiyasında məhkumluq həyatı yaşayıb.

--------

10:41

Hacıqabulda "Baron" ləqəbi ilə tanınan narkotik alverçisi saxlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Rayon polis şöbəsi tərəfindən rayon sakini, 57 yaşlı İbrahim Abasov narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulub. Rayon polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman 2 ədəd kibrit qutusuna qablaşdırılan 3 və 4 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Keçirilən tədbirin davamı olaraq onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan bir kiloqramdan çox narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin: