İnsan orqanizmi haqqında maraqlı 17 məlumat

18 Mart 2017 23:20

Hər bir insan öz bədənini tamamilə tanıdığını düşünür. Necə fəal olduğunu, gün ərzində nəyə ehtiyacı olduğunu, nələr etdiyini.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan orqanizmi ən savadlı mütəxəssisləri, həkimləri, professorları və alimləri belə təəccübləndirəcək qarışıq və sirli bir mexanizmdir. Məhz bir neçə nümunə ilə bunu aydın başa düşə bilərik.
 
- Barmaq izi kimi dilimizin izi də tamamilə bənzərsizdir.
 
- Tək bir saç teli bir alma daşıya biləcək qədər güclüdür.
- Bir insanın ağzındakı bakteriyanın sayı dünya üzərində yaşayan insanların sayına demək olar ki, bərabərdir.
- Bir beyin impulsunun sürəti təxminən 400 km/saatdır.
- Qeyd edək ki, dünyada sadəcə 4 müxtəlif qan qrupu yoxdur. Ümumilikdə 29-dur. Bunların ən nadirləri Yaponiyadakı kiçik ailələr qrupu arasında geniş yayılmışdır.
- Yalnız 1 gün ərzində qanımız 19.3 kilometr yol qət edir.
- İnsan orqanizmindəki bütün sinirlərin ümumi uzunluğu 75 kilometrdir.
- Bir insan gündə təxminən 20.000 dəfə nəfəs alır.
- İnsan gözü 10 milyona qədər fərqli rəngləri ayırd edə bilər. Ancaq bunun çoxunu yadda saxlaya bilmir.
- Həyatı boyu insan qulağı böyüməyə davam edir. İldə millimetrin dörddə biri qədər.
- İnsanın ürəyi ildə 35 milyon dəfə vurur.
- İnsan orqanizmi hər növbəti gün dəri hüceyrəsindən məhrum olur. İldə itirilən dəri hüceyrəsinin çəkisi 2 kilo olur.
- Dərinizin 1 santimetrə qədər hissəsində təxminən yüz ədəd ağrı sensoru var.
- Orta hesabla insan həyatı boyunca, təxminən 35 ton ərzaq istehlak edir.
- Bir insan həyatının 5 ilini gözlərini qırparaq keçirir.
- Gülümsəmək üz əzələlərinin 43-nü hərəkətə gətirsə, ağlamaq üz əzələlərinin yalnız 17-ni hərəkətə gətirir.
- Asqırmağın sürəti təxminən 160 km/saatdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində