Hər gün az miqdarda da olsa sədəqə vermək hədislərdə çox təkid olunub. Həzrət Mühəmməd Peyğəmbər (s) bu barədə buyurmuşdur: "Gününüzü sədəqə verməklə başlayın (yəni səhər sədəqə verin).
Milli.Az islam.az-a istinadən bildirir ki, hər kim gününü sədəqə verməklə başlasa, (həmin gün) ona bəla toxunmaz" (Biharül-ənvar, 96-cı cild, səh. 177). Yenə o həzrətin belə buyurduğunu rəvayət etmişlər: "Səhər açılanda sədəqə ver; bu sədəqə ilə həmin günün bədliyi səndən uzaqlaşar. Axşam düşəndə sədəqə ver; bu sədəqə ilə həmin gecənin bədliyi səndən uzaqlaşar" (Biharül-ənvar, 96-cı cild, səh. 176). Atalarımız da "hər ağızda bir dua var" demişlər. Sədəqə verdiyimiz fəqir şəxs bizim üçün xeyir-dua edəndə o duanın təsiri ilə bəladan qurtulmağımız mümkündür.
Milli.Az