"Fənərbağça"nın futbolçusu əlini qırdı - VİDEO

18 Mart 2017 10:06

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Fernandao "Konyaspor"la Super Liqanın XXV tur matçında əlini sındırıb.

Milli.Az report.az-a istinadən bildirir ki, 33-cü dəqiqədə braziliyalı hücumçu cinah asmasından sonra top uğrunda mübarizədə rəqib komandanın qapıçısı Sərkan Kırıntılı ilə toqquşub. Nəticədə Fernandao sol əli üstündə yerə uğursuz düşüb. Meydanı xərəkdə tərk edən "sambaçı" xəstəxanaya çatdırılıb. Onun durumuna rentgen müayinəsindən sonra aydınlıq gələcək. Meydana isə Robin van Persi daxil olub.

Qeyd edək ki, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş "Konyaspor"un qələbəsi ilə yekunlaşıb - 3:2. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin: