Emin oynadı, Kamran baxdı

18 Mart 2017 09:08

Portuqaliya çempionatında 26-cı turun oyunlarına start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" səfərdə "Eştoril"in qonağı olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb. 

Emin 81-ci dəqiqədə meydana daxil olub. Kamranın adı isə "18-liy"ə salınmayıb. 

Qeyd edək ki, "Boavişta" 34 xalla 8-ci pillədə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində