"Trabzonspor"lu fanata cəza: 10 min oturacağıı ona yuduzdurdular

18 Mart 2017 08:28

Türkiyənin "Trabzonspor" klubunun rəhbərliyi stadionda vandalizm probleminin həllinə fərqli yanaşıb.

"Report" xəbər verir ki, klub azarkeşlərdən birini qayda-qanunu pozduğuna görə cəzalandırıb.
Türk fanat "Trabzonspor"un oyunu zamanı ayaqqabı ilə oturacaqlardan birinin üzərinə çıxıb və şəkil çəkdirərək sosial şəbəkəyə yerləşdirib. Komandanın mətbuat xidməti azarkeşi tapıb və onu "Medikal Park Arena"da 10 min oturacağı yumağa vadar edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində