Moskvada partlayış təhlükəsi

18 Mart 2017 08:33

Russiyanın Moskva şəhərinin Kursk dəmir yol vağzalında partlayış təhlükəsi olduğu barədə məlumat daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Zemlanoy val 29 ünvanında partlayış təhlükəsi olduğu barədə polisə məlumat daxil olub.

Daxil olmuş məlumat nəticəsində vağzalın binasından 200-ə yaxın insan təxliyyə olunub.

Hal-hazırda kinoloqlar vağzalın ərazisinə baxış keçirir.

Hadisə ilə bağlı rəsmi məlumat verilməyib..

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində