"Bu komanda "Barselona" ilə qorxusuz oynamalıdır"

17 Mart 2017 23:45

"Yuventus"un vitse-prezidenti Pavel Nedved Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə eyni cütə düşmələrinə münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, çexiyalı funksioner bu səddi keçməyə qadir olduqlarını deyib.

"Barselona" ilə oyunlar cəlbedici olacaq. Onlar dünyanın ən tanınmış komandalarından biridir. "Yuventus" çox güclü və rəqabətə davamlıdır. Biz 2015-ci ilin finalından fərqli komandayıq. Bu komanda "Barselona" ilə qorxusuz oynamalıdır. Belə səviyyədə ev-səfər oyunlarının fərqi yoxdur. 180 dəqiqə ərzində ən yaxşı oyunumuzu göstərməliyik".

Milli.Az