Verilişi bağlanan Esraya Şahandan elə təklif gəldi ki... - FOTO

17 Mart 2017 23:39

Verdiyi açıqlaması ilə evlilik verilişini bağlayacağını deyən Esra Erola aktyor Şahan Gökbakardan təklif gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Şahan Esranı yeni filmdə çəkəcəyini bildirib.

"Dərhal səni filmdə çəkərik. Məncə, çox yaxşı rol oynayarsan. İstedadın var", - deyə aktyor sosial mediada yazıb.

Qeyd edək ki, 10 ildir ATV-də evlilik proqramına aparıcılıq edən E.Erol açıqlama verərək yeni mövsümdən verilişinin bağlanacağını vurğulayıb. 

Milli.Az