Türkiyədə iki sərnişin təyyarəsini ildırım vurdu

17 Mart 2017 23:27

İstanbul şəhərində Atatürk hava limanına enməyə hazırlaşan iki sərnişin təyyarəsini ildırım vurub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, elektrik yüklü buludların ("Cumulonimbus") nəticəsində ildırımın vurduğu təyyarələr aeroporta problem olmadan enə biliblər.

Hadisə nəticəsində pilotlar və təyyarələrə ziyan dəyməyib.

Milli.Az