Yəməndə hava hücumu: 42 qaçqın öldü

17 Mart 2017 20:48

Yəmən sahillərində naməlum helikopterdən endirilən hava zərbəsi nəticəsində Somalidən olan 42 qaçqın ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sağ qalan 66 nəfər Yəmənin Xodeyda şəhərinə çatdırılıb.
 
Məlumata əsasən, qaçqınları daşıyan gəmi "Apaç" helikopterindən atəşə tutub. Gəmidə olanlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən qaçqın statusunun verildiyi bildirilir.
Hücumun kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində