Bakıda 7 günlük Novruz Festivalı keçiriləcək

17 Mart 2017 15:35

Mart ayının 20-dən 26-dək Bakıda Novruz Festivalı keçiriləcək.

Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətindən Mİlli.Az-a verilən məlumata görə, Novruz Festivalı çərçivəsində yeddi gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox kolletivin iştirakıyla Sabir bağında konsert proqramı təqdim eiləcək.

Sənətkarlar öz əl işlərini nümayiş edəcək, milli mətbəxin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcək.

Ayrıca olaraq Qarabağ atı nümayiş ediləcək.

Milli Turizm Təbliğat Bürosu şəhər sakinlərini və Bakının qonaqlarını xalq şənliklərinə qoşulmağa dəvət edir.

Xatırladaq ki, "Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli 1179 nömrəli Fərmanına əsasən ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə 6 Fevral 2016-cı il tarixdə Mədəniyyət və Turizm Nazirliyi yanında "Milli Turizm Təbliğat Bürosu" publik hüquqi şəxs təsis edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində