Aygün, Faiq, Zülfiyyə və Samirin arxiv VİDEOsu

17 Mart 2017 19:35

Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva və müğənni Samir Bağırovun illər əvvəl çəkilən videosu yayılıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, videoda müğənnilərin "ulduz xəstəliyinə" yoluxması mövzusunda süjet yer alıb. 

Sözügedən görüntülər 1996-cı ildə ANS telekanalı tərəfindən lentə alınıb. Süjet həmin vaxt səhər verilişlərindən birində yayımlanıb. 

Qeyd edək ki, hazırda Z.Xanbabayeva həm A.Kazımova, həm də F.Ağayevlə küsülüldür. Onların süjetdəki mehriban münasibəti diqqət çəkib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Aygün, Faiq, Zülfiyyə və Samirin arxiv videosu