"Sevgilim əcnəbi olarsa, anam etiraz etməz" - Hülyanın qızı

17 Mart 2017 23:24

Müğənni və aktrisa Hülya Avşarın İngiltərədə təhsil alan qızı Zəhra Çilingəroğlu tətil üçün vətəninə geri dönüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, alış-veriş mərkəzlərindən birində görüntülənən Zəhranın arıqlaması və yeni saç düzümü gözdən yayınmayıb. 

Saçlarını qısa kəsdirən Çilingəroğlu bir az da arıqlamaq üçün əlindən gələni edəcəyini bildirib.

Jurnalistlərin "İngiltərədə əcnəbi sevgiliniz olarsa, Hülya Avşarın buna münasibəti necə olar" sualına Zəhra belə cavab verib:

"Anam hər zaman seçimlərimə hörmətlə yanaşıb. Əgər həqiqətən əcnəbi birini sevsəm, buna da hörmətlə yanaşacağını bilirəm".

Milli.Az