Hollivud aktrisası elə yerinə döymə etdirdi ki... - FOTO

17 Mart 2017 22:59

Hollivudun gənc aktrisası Xloe Moreç bədəninə yeni döymə etdirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bədəninin müxtəlif yerlərində döymə olan 20 yaşlı aktrisa bu dəfə qabırğasına yazı yazdırıb.

Xloe döyməsinin şəklinin İnstaqramda paylaşaraq minlərlə bəyənmə alıb.

Qeyd edək ki, Moreç iki il öncə Devid Bekhemin oğlu Bruklin Bekhemlə sevgi yaşadığı üçün gündəmə gəlmişdi. Tez-tez küsüb barışan cütlüyün hazırda da bir arada olduğu bildirilir.

Milli.Az