"Porto"nun müdafiəçisi "Real"da

17 Mart 2017 15:01

"Real" mövsüm başa çatmamış ilk transferini gerçəkləşdirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu" "Porto"nun mərkəz müdafiəçisi Felipe Monteyro ilə anlaşıb.

Yayda klubu tərk edəcək Pepenin yerinə alınması planlaşdırılan Monteyronun transferi məsələsində klubu ilə də hərtərəfli anlaşma əldə edilib. Belə ki, İspaniya nəhəngi mövsümün sonunda 25 milyon avro müqabilində 28 yaşlı futbolçunu heyətinə cəlb edəcək.
 
Qeyd edək ki, "Porto" Felipe Monteyronu ötən il 5 milyon avroya "Korintians"dan alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində