Türkiyənin Rize şəhərindəki qız yataqxanasında maraqlı olay yaşanıb.
Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, gecə saat 3-də yataqxanaya oğlan daxil olub. Onu görən qızlar çığır-bağır salıblar. Qızın səsinə gələn təhlükəsizlik işçiləri 27 yaşlı oğlanı tutub, polis çağırıblar.
O, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, onu 3-cü mərtəbədə görən qızlar oğlanı yaxşıca döyüblər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində