Rusiya baş nazirinin keçmiş müavini: "Sülhün bərqərar olunması üçün yeni üsullar tələb olunur"

17 Mart 2017 13:33

Ədalət yerinə yetirilməlidir, biz isə dailoqu davam etdirməliyik, sülhün bərqərar olunması üçün yeni üsullar tələb olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə V Qlobal Bakı Forumu çərçivəsində Rusiya baş nazirinin keçmiş müavini Gennadiy Burbulis deyib.

O bildirib ki, biz daimi olaraq eyni ədalət tələblərini irəli sürə bilmərik: "Ermənistan tərəfini barışığa hazır olmayan tərəf kimi qəbul etmək lazımdır. Hesab edirəm ki, Azərbaycanın ən böyük missiyalarından biri bu olmalıdır. Şəxsən mən anlaşma və sülh üçün böyük olmasa da, müəyyən mövqelər tapmağa çalışacağam".

Qeyd edək ki, martın 16-da Azərbaycan paytaxtında "Be­ynəlxalq münasibətlərin gələcəyi: güc və­ maraqlar" mövzusuna həsr olun­an V Qlobal Bakı Forumu öz işinə ­başlayıb. Diasporla İş üzrə­ Dövlət Komitəsinin və Nizami Gəncəvi Be­ynəlxalq Mərkəzinin təşkilati ­dəstəyi ilə keçirilən forumda ­Bosniya və Hersoqovina, Latviya, ­ Makedoniya, Albaniya, Monte­neqro və Gürcüstanın dövlət başçıları iş­tirak edirlər.

V Qlobal Bakı Forumunda bir sıra ­ölkələr Baş nazir və müavinləri,­ parlament rəhbərləri səviyyəsində tə­msil olunur. Ümumulikdə isə fo­rumun işində 50 ölkədən 260-da­n çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ­ ekspertlər iştirak edir. Forum çər­çivəsində panel müzakirələri t­əşkil olunur. Panellərdə terro­rizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların q­urulması zərurəti, beynəlxalq ­münasibətlərdə Çinin rolu, eks­tremizm və populizmin beynəlxalq təhlükə­sizlik üçün təhdidləri, ­ Baltik-Qara dəniz təhlükəsizlik icma­sının yaradılması ilə bağlı ge­niş müzakirələr aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində