Azərbaycanlı nazir 3,7 milyon dollara azadlığa çıxdı

17 Mart 2017 13:22

Korrupsiya işi üzrə araşdırmalar zamanı həbs olunan Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq sədri, azərbaycanlı Roman Nəsirov 100 milyon qriven (3,7 milyon dollar) dəyərində girov qarşılığında azadlığa buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az "112 Ukraina" saytına istinadən xəbər verir.

"Bu astronomik məbləği tapdıqları üçün öz ailəmə minnətdaram. Hesab edirəm ki, hazırda KİV vasitəsilə bütün məlumatları yenidən yoxlamaq və günahsız olduğumu daha sürətlə sübut etmək imkanlarım var", - deyə məlumatda bildirilir. 

Məlumatda qeyd olunur ki, Nəsirov ailəsinin girov qoymaq üçün bu qədər vəsaiti haradan aldığını açıqlamayıb. 

Qeyd edək ki, martın üçü azərbaycanlı Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb.

bu barədə Ukrayna Milli Antikorrupsiya Bürosu məlumat yayıb.

"Nəsirov "qaz işi" çərçivəsində aparılan axtarış zamanı saxlanılıb", - Büronun yaydığı məlumatda bildirilir. Bundan əvvəl isə DFX binasında axtarış aparılıb. 

Nəsirovun vəkilləri isə onun huşsuz vəziyyətdə olduğunu əsas gətirərək, istintaq tədbirlərinin qanuna zidd aparıldığını iddia edirlər. Onlar R.Nəsirovun saxlanılması qərarından şikayət verəcəklərini bildiriblər. 
Məlumata görə, huşsuz vəziyyətdə olan Roman Nəsirov xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər Nəsirovun infarkt keçirdiyini bildiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində