Könül Mehdiyevaya yeni vəzifə verildi

17 Mart 2017 13:39

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehdiyeva 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin Hollandiyada keçiriləcək 1-ci qrupunun oyunlarına təyinat alıb. 

Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, K.Mehdiyeva martın 27-də start götürəcək oyunlarda UEFA nümayəndəsi olacaq. 

Bu qrupda Hollandiya, Avstriya, İsveçrə və Sloveniya yığmaları mübarizə aparacaq. Qarşılaşmalar aprelin 1-dək davam edəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində