Müsəlmanlara qarşı TƏXRİBAT - "Uşağın gözü yaşıldır deyə döyüldü" dedilər - FOTO

17 Mart 2017 13:21

Trampın tərəfdarları müsəlmanları gözdən salmaq üçün təxribata əl atıblar. 

Milli.Az "Mirror"a istinadla bildirir ki, Kanadalı Tvitter istifadəçisi köhnə şəkli sosial şəbəkədə yayaraq, fotodakı uşağın gözlərinin yaşıl olduğuna görə müsəlmanlar tərəfindən döyüldüyünü iddia edib.

Foto qısa zamanda yüzlərlə dəfə retvit olunub. 

Lakin, gerçək isə başqadır. Belə ki, şəkil 2008-ci ildə Uelsdə çəkilib. Ailəsi 2008-ci ildə evdə saxladıqları itlərinin hücum etdiyi 4 yaşlı qızları Sofie Villisin şəklini sosial şəbəkədə yayıblar. Kanadalı Deyvid G. adlı şəxs isə bir neçə il sonra bu fotodan istifadə edərək insanlarda müsəlmanlara qarşı nifrət oyatmağa çalışıb. 

Uels istifadəçiləri şəkli tanıyıblar. Nəticədə Deyvidin məkrli planı baş tutmayıb.

Bəxtiyar Umarlı
Milli.Az