Qırğızıstanın sabiq baş naziri: "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır"

17 Mart 2017 13:02

Dağlıq Qarabağ münaqişəsi sülh danışıqları yolu ilə həll olunmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə V Qlobal Bakı Forumunda iştirak edən Qırğızıstanın keçmiş baş naziri Apas Jumaqulov deyib.

O bildirib ki, bu münaqişənin həll olunmasl üçün hər şey edilməlidir.

Sabiq baş nazir İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabadda keçirilən sammitində Qırğızıstanın yekun bəyanata səs verməməsinə münasibət bildirərək deyib: "Ola bilsin elə məsələlər olub ki, orada olan insanlar öz üzərlərinə götürüb, həll edə bilməyiblər".

Qeyd edək ki, martın 16-da Azərbaycan paytaxtında "Be­ynəlxalq münasibətlərin gələcəyi: güc və­ maraqlar" mövzusuna həsr olun­an V Qlobal Bakı Forumu öz işinə ­başlayıb. Diasporla İş üzrə­ Dövlət Komitəsinin və Nizami Gəncəvi Be­ynəlxalq Mərkəzinin təşkilati ­dəstəyi ilə keçirilən forumda ­Bosniya və Hersoqovina, Latviya, ­ Makedoniya, Albaniya, Monte­neqro və Gürcüstanın dövlət başçıları iş­tirak edirlər.

V Qlobal Bakı Forumunda bir sıra ­ölkələr Baş nazir və müavinləri,­ parlament rəhbərləri səviyyəsində tə­msil olunur. Ümumulikdə isə fo­rumun işində 50 ölkədən 260-da­n çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ­ ekspertlər iştirak edir. Forum çər­çivəsində panel müzakirələri t­əşkil olunur. Panellərdə terro­rizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların q­urulması zərurəti, beynəlxalq ­münasibətlərdə Çinin rolu, eks­tremizm və populizmin beynəlxalq təhlükə­sizlik üçün təhdidləri, ­ Baltik-Qara dəniz təhlükəsizlik icma­sının yaradılması ilə bağlı ge­niş müzakirələr aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində