Baş nazir: "Mehriban Əliyevanın gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir"

17 Mart 2017 12:50

Mehriban Əliyevanın gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazir Artur Rasizadə bu gün Millim Məclisin iclasında çıxışı zaman deyib.

Baş nazir bildirib ki, humanitar sahədə əldə olunan nailiyyətlərdən, milli mədəni irsin və mənəvi dəyərlərin qorunmasından danışarkən, ilk növbədə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək humanizmə əsaslanan çoxşaxəli fəaliyyətini qeyd etmək lazımdır:

"Mehriban xanımın beynəlxalq səviyyədə gərgin əməyi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edib hörmətli Mehriban xanım Əliyevanı Birinci vitse-prezident təyin olunması münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, yüksək dövlət vəzifəsinin icrasında müvəffəqiyyətlər arzu edirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində