Azadlığın sevinci - FOTO

17 Mart 2017 13:16

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam Bakıdakı 4 saylı qadın cəzaçəkmə müəssisəsində icra olunub.  

Milli.Az report-a istinadən xəbər verir ki, bu cəzaçəkmə müəssisəsindən 14 nəfər qadın məhkum azadlığa buraxılıb.

Əfv sərəncamının icrası ilə bağlı 4 saylı qadın cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə Ombudsman Elmira Süleymanova, Penitensiar Xidmətin rəis müavini, general-mayor Hüseyn Əlixanov çıxış ediblər. Onlar Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını yüksək qiymətləndiriblər, azadlığa buraxılanları təbrik ediblər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində