Kiprdə partlayış

17 Mart 2017 12:15

Kiprdə biznes mərkəzində partlayış olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Limasol şəhərində baş verib. Məlumata görə, partlayış yerli vaxtla saat 07:45-də olub.

Bildirilir ki, 6 mərtəbəli mərkəzdə baş verən partlayış güclü olduğuna görə, ərazidə avtomobil yolları bağlanıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində