Qardaş bacısını ailə üzvlərinin gözləri qarşısında baltaladı - TƏFƏRRÜAT

17 Mart 2017 11:34

Bərdə rayonunda törədilmiş qətlin təfərrüatları məlum olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bərdə şəhərinin Füzuli küçəsində yaşayan 21 yaşlı İbrahimli Hafiz Vaqif oğlunun özündən bir yaş kiçik bacısını qısqanclıq zəminində öldürdüyü məlum olub.

Bərdədə qardaş bacısını baltaladı - TƏFƏRRÜATLAR - YENİLƏNİB

V.İbrahimli bildirib ki, bacısının haqqında xoşagəlməz söz-söhbətlər eşidib. O, daha əvvəl Leylanı bir neçə dəfə xəbərdar da etdiyini əlavə edib.
 
Dünən bacı-qardaş arasında növbəti dəfə münaqişə yaranıb və əsəblərinə hakim ola bilməyən Hafiz Leylanı baltalayaraq öldürüb. H.İbrahimli daha sonra polisə təslim olub.
 
Bildirilir ki, hadisə vaxtı ailə üzvləri də evdə olub və onlar qardaşın bacısını amansızlıqla öldürməsinə mane ola bilməyiblər.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində