Yığmamız finala yüksəldi - YENİLƏNİB

17 Mart 2017 11:46

11:46

 Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası İranın Abadan şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.

Milli.Az-ın report-a istinadən məlumatına görə, Akif Əliyevin baş məşqçi əvəzi olduğu kollektiv B qrupundakı son görüşündə Ukraynanı məğlub edib - 5:3.

Yığmanın heyətində Taleh Məmmədov (59 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq) və Orxan Nuriyev (98 kq) rəqiblərindən güclü olublar. Kamran Məmmədov (66 kq), Rafiq Hüseynov (80 kq) və Oyan Nəzəriani (130 kq) isə məğlubiyyətlə üzləşiblər. Bunadək Azərbaycan yığması Türkiyə və Belarusu da eyni hesabla üstələyib. 

Qeyd edək ki, finalda Azərbaycanın rəqibi digər yarımqrupun qalibi Rusiya olacaq. Həlledici görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

----------

11:14

İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə B yarımqrupunda mübarizə aparır. 

Qrupda keçirilən ilk iki görüşdə güləşçilərimiz Türkiyə və Belarus yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb.

AZƏRBAYCAN - Türkiyə 5:3
59 kq - Rövşən Bayramov - Hammet Rustem 3:6 tuşe
66 kq - Kamran Məmmədov - Atakan Yüksel 2:6
71 kq - Həsən Əliyev - İ. Sönmez 1*:1
75 kq - Elvin Mürsəliyev - Emrah Kuş 3:1
80 kq - Rafiq Hüseynov - Aslan Atem 2:4
85 kq - İslam Abbasov - Metehan Başar 7:0
98 kq - Orxan Nuriyev - Cenk İldem 3:1
130 kq - Sabah Şəriəti - Ali Nail Arslan 2:0    AZƏRBAYCAN - Belarus 5:3
59 kq - Taleh Məmmədov - Maksim Kajarski 1:2
66 kq - Nofəl Babayev - Yaraslav Kardaş 8:0
71 kq - Həsən Əliyev - Pavel Liax 9:0
75 kq - Elvin Mürsəliyev - Yahor Kasiankou 10:2
80 kq - Rafiq Hüseynov - Radzik Kuliyeu 2:0
85 kq - İslam Abbasov - Mikalai Stadub 3:0
98 kq - Orxan Nuriyev - Yahor Yaskavets 7:8
130 kq - Sabah Şəriəti - Heorhi Çuhaşvili 0:5
AZƏRBAYCAN - Ukrayna (17 mart, saat 9:30)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində