Neft bahalaşdı

17 Mart 2017 10:05

Dünya birjalarında neft yenidən bahalaşır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,10 dollar və ya 0,21% artaraq 48,85 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar və ya 0,14% artaraq 51,81 dollar olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində