Arvadını ac-susuz qoyub gecəni qızla keçirdi - FOTO

17 Mart 2017 10:28

"Araf", "Kanıt", "Seni Seviyorum Adamım" kimi bir çox filmlərin rejissoru Biray Dalkıran ötən gecə İstanbulda, Taksim küçələrində kameralara tuş gəlib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, təxminən üç illik həyat yoldaşı Buse Dalkıranla boşanma mərhələsində olan rejissor Biray Dalkıran ötən gecə əsmər bir gözəllə görüntülənib.

Qeyd edək ki, Biray Dalkıran həyat yoldaşı Buse Dalkırana boşanma iddiası açıb və evini tərk edib. Buse Dalkıran isə "Evi tərk edən Biray Dalkıran kredit kartlarımı bağlayaraq məni pulsuz, ac-susuz qoyub. O, məni həyat yoldaşı deyil, sanki, bir qulluqçu görürdü. Hər gün mənə qarşı zor tətbiq edirdi" sözləriylə həyat yoldaşını ittiham edib.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində