"Victoria's Secret Angel" brendinin ən məşhur modellərindən olan Kendis Sueynpul "Vogue Brazil" jurnalı üçün fotosessiyaya çəkilib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Braziliyanın Rio de Janeyro şəhərində aparılan çəkilişlər zamanı 28 yaşlı modelin 5 aylıq oğlu Anaka qəflətən ağlamağa başlayıb.
Naçar qalan model elə çəkiliş meydançasında körpə Anakanı əmizdirməli olub.
Fotosessiyanın müəllifi tanınmış türk fotoqraf Mert Alasdır.
Cənubi Afrika Respublikasından olan K.Sueynpul qeyri-rəsmi nikahda olduğu Şerman Nikoli ilə münasibətlərini nə zaman rəsmiləşdirəcəyini açıqlamayıb.
Milli.Az