İbrahimoviç İtaliyaya qayıda bilər

17 Mart 2017 09:21

Zlatan İbrahimoviç karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı iddia ilə çıxış edib.

İsveçli oyunçu ilə "Napoli"nin maraqlandığı deyilir. Maraqlıdır ki, İbra özü bu barədə suala qeyri-müəyyən cavab verib: "İtaliya? Gələcəkdə nə olacağını heç kim bilməz. Hazırkı komandamda çox xoşbəxtəm. Ancaq hər şey hər zaman dəyişə bilər. Bilirsiz ki, artıq yüksək səviyyədə oynamaq üçün vaxtım qalmayıb".
 
Qeyd edək ki, İbrahimoviçin "Mançester Yunayted"lə müqaviləsi mövsümün sonunda başa çatır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində