ABŞ-ın hava zərbələri nəticəsində Suriyada bir neçə Əl-Qaidə üzvü məhv edilib

17 Mart 2017 08:46

ABŞ-ın Suriyanın İdlib rayonuna endirdiyi hava zərbələri nəticəsində bir neçə Əl-Qaidə üzvü məhv edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın mərkəzi komandanlığı (CENTCOM) məlumat yayıb.

Press-relizdə qeyd olunur ki, İdlib son illərdə Əl-Qaidə yaraqlıları üçün sığınacaq kimi fəaliyyət göstərir. Yanvar ayında zərbələrin hədəfi bu rayonda olan qruplaşmanın düşərgəsi olub. Burada təxminən 100 terrorçu məhv edilib.

Son hava zərbələrinin təfərrüatları bildirilmir.

Milli.Az