Bakıda 3 otaqlı ev yandı

16 Mart 2017 21:43

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Milli.Az FHN-nin saytına istinadən bildirir ki, yanğın paytaxtın Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyü 15 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində