"Chelsea" yenə türk futbolçu ilə maraqlanır

16 Mart 2017 19:40

"Chelsea" Türkiyə millisinin üzvü Hakan Çalhanoğluna maraq göstərməkdə davam edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "zadəganlar" 24 yaşlı havbekə 3 illik müqavilə təklif edib. Onun transfer qiyməti 38 milyon göstərilir. Hazırda "Bayer Leverkusen"də çıxış edən futbolçu FİFA-nın verdiyi diskvalifikasiya cəzasını çəkir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində