Etna vulkanı püskürdü - 10 yaralı

16 Mart 2017 19:34

Siciliyada Etna vulkanının püskürməsi nəticəsində ən azı 10 nəfər xəsarət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yaralanan şəxslər turistlər olub. Onlar vulkan püskürdüyü zaman ona çox yaxınlaşdığından xəsarət alıblar.

Qeyd edək ki, Etna Avropada ən yüksək və ən fəal vulkan hesab olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində