Premyer Liqa klubunda məşqçi istefası

16 Mart 2017 16:34

"Middlesbrough" baş məşqçisi Aytor Karanka ilə yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı pozub. Karanka 2013-cü ildən bu klubda çalışırdı. Onun postunu müvəqqəti olaraq Stiv Enqyu tutacaq. "Middlesbrough" hazırda Premyer Liqanın turnir cədvəlində 19-cu pillədədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində