iPhone-da gözlənilən yenilik

18 Mart 2017 08:21

İndi "iOS" qurğu istifadəçiləri internetə qoşulma olmadan veb səhifələrə baxa bilərlər. Bu haqda "Google Chrome" mobil brauzerinin yaradıcıları məlumat veriblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, bir çox internet istifadəçiləri xəbər və ya məqalələri yadda saxlayaraq sonra oxumaq üçün "Instapaper" və ya "Pocket" kimi xidmətlərdən istifadə edirlər. "Chrome" brauzerinin "iPhone" və "iPad" üçün yeni versiyası sonra oxuma funksiyası ilə təchiz edilib. Hələ ötən həftə veb səhifələri sonra oxumaq imkanının əlçatan olması haqda şayiələr yayılmışdı, indi "Google" şirkəti "Read Later" funksiyasını rəsmən təqdim edib.
İndi "iOS" genişlənmələrinin siyahısında "Sonra oxumaq"  adlı yeni ikonka mövcuddur. Veb səhifəni sonra oxumaq üçün menyunu (ünvan sətrinin sağ hissəsində üç nöqtədən ibarət düymə) açmaq, "Paylaşmaq" sətrinə sıxmaq və açılan menyuda "Sonra oxumaq" nişanına sıxmaq lazımdır.

Nəticədə internetə qoşulma olmadan sayt və səhifələri yadda saxlayaraq onlara sonra baxmaq olar.
Oxşar funksiya "Safari" brauzerində də mövcuddur. Ancaq "Google Chrome" brauzerindəki "Read Later" funksiyası səhifənin sadələşdirilmiş mətn versiyasını deyil, onu tamamilə yadda saxlamağa imkan verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində