Qatlanan smartfon hazırlanır

18 Mart 2017 08:31

Cənubi Koreyanın "Samsung Electronics" və "Samsung Display" şirkətləri yeni müasir qatlanan smartfonun hazırlanması üzrə işi başa çatdırmaq mərhələsindədir. Bu barədə Cənubi Koreyanın "ETNews" nəşri sənayedəki mötəbər mənbələrə istinadən məlumat verib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, prototiplərin istehsalına cari ilin üçüncü rübündə başlamaq nəzərdə tutulub. Bununla yanaşı, işlək nümunənin nümayişi sentyabrın 1-6-da Berlində keçiriləcək "IFA 2017" sərgisi çərçivəsində gözlənilir.

Bildirilir ki, şirkət rəhbərliyi tərəfindən minlərlə prototipin istehsalının planlaşdırılmasına baxmayaraq qurğuları sonuncu istifadəçilər əldə edə bilməyəcək. Məsələ ondadır ki, bükülən smartfonlar şirkət daxilində məhsuldarlıq və keyfiyyətin sınağı, eləcə də mobil rabitə operatorları kimi əsas potensial tərəfdaş müştərilərin müasir bazarla bağlı fikirlərinin yoxlanılması üçün yaradılır. Buna baxmayaraq yeni elastik smartfonun istehlak modelinin 2018-ci ilin sonunda xüsusiləşmiş mağazalarda satışa çıxarılması gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində