Çətinliklərin həll edilməsi yolu, günahların yuyulması vasitəsi

19 Mart 2017 20:20

"Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin (namaz qılanlarla birgə namaz qılın)". ("Bəqərə" 43).

"Namaz qılın və zəkat verin. Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz, onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir". ("Bəqərə" 110).
"(Bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda Allahı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın. Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır". ("Nisa" 103).
Hədislərin dili ilə:
Milli.Az deyerler.org-a istinadən bildirir ki, namaz, yəni mömin qəlbinin çırağı və aydınlığı, İslamın zinətidir.
Namaz, yəni Allahı zikr etmək və yada salmaq ki, əgər insan həmişə onunla birlikdə olsa, günahdan uzaq olar və yaxşılıqlara üz tutar.
Namaz, yəni çətinlikləri həll etmək üçün əzəmətli bir dayaqdır.
Namaz, yəni insanın qəflətini aradan aparar və ruhu gücləndirər.
Namaz, yəni aşiqlə məşuqun görüşü.
Namaz, yəni təkəbbürü, qüruru, xudbinliyi aradan aparan.
Namaz, yəni günahdan yuyunmaq vasitəsi və İlahi bağışlanmadır.
Namaz, yəni mənliyinə diqqəti qət etmək, pak yaşamağa dəvətdir.
Namaz, yəni nizam və intizam ruhunun güclənməsidir. İnsan hər gün müəyyən vaxtda namazı iqamə edər. (Tebyan)
Bu gün cəmiyyətin ən böyük bəlası olan depresiyya və iztirab, insanın ümidsizliyindən qaynaqlanır. Mömin insan özünü Əzəmətli bir varlığa təslim etdiyi üçün, İlahi gücdən ilham alaraq daha aram və rahat həyata malik olub, bu cür bəlalardan uzaqdır. Bu cür insanın ömrü uzun olar və cismi xəstəliklərinə daha tez qələbə çalar.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində