Kərəm Bürsinin halı pisləşdi

16 Mart 2017 15:54

Kərəm Bürsinin "Bu şehir arkandan gelecek" serialının çəkilişləri zamanı halı pisləşib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dərhal xəstəxanaya aparılan aktyor bir neçə saat orada qalıb.

Məkanda çıxışda halsız görünən Kərəm jurnalistlərə "Sistem qoşdular. İndi çəkiliş meydançasına qayıdıram", deyib.

Qeyd edək ki, K.Bürsin serial üçün uzun müddətdir ki, boksla məşğul olur.

Milli.Az